EN SON XEBERLER

Sevgi savaşı: Bakıda 18 yaşlı oğlan sevgilisini əlindən alanı öldürdü

16:03

Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən məlumat verilib.

Məlumat görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Kamil Mübariz oğlu Kazımovu bıçaqlayaraq qətlə yetirən şəxsin onun sinif yoldaşı Tural Rasim oğlu Cəfərli olması müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

---------
10:14

Masallı rayon sakini Kazımov Kamil Mübariz oğlu naməlum şəraitdə bıçaqlanıb.

Bakının Nəsimi rayonunda törədilən qətlin təfərrüatı məlum olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən qətlə yetirilən 17 yaşlı Kamil Kazımovu həyat yoldaşının üstündə öldürüblər. Onu öldürən isə mərhumun həmkəndlisi, 18 yaşlı Tural Cəfərlidir. 

Məlumata görə, Tural Cəfərli əvvəllər Kamilin həyat yoldaşını sevib. Lakin qız Turala yox, Kamilə ərə gedib. Bunun üstündə hələlik məlum olmayan səbəbdən mübahisə düşüb və qətl baş verib. 

T.Səfərlinin yerinin müəyyən edilərək tutulması istiqamətində iş aparılır. 

----------
09:20

Gecə Bakının Nəsimi rayonunda 17 yaşlı oğlan qətlə yetirilib. Anspress xəbər verir ki, 5-cü mikrorayon Asif Məhərrəmov küçəsində yerləşən keçmiş çörək zavodunun yaxınlığında qeydə alınan hadisə zamanı 1995-ci il təvəllüdlü, Masallı rayon sakiniKazımov Kamil Mübariz oğlu naməlum şəraitdə bıçaqlanıb.

Naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalan Kamil Kazımovun qarın və sol bud nahiyəsinə iki bıçaq xəsarəti yetirilib. Yaralı dərhal təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Artıq Kamil Kazımovun qətlə yetirilməsi ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Нет комментариев

Добавить комментарий