EN SON XEBERLER

Çayın kişi beyninə olan bu təsirini bilirdinizmi?

Tədqiqatlar nəticəsində məlum olub ki, çay kişi beyninin daha səmərəli işləməsinə kömək edir.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, adi yaşıl çay kişilərin yaddaşına və qavrayışına yaxşı təsir edə bilər. Bu barədə "European Journal of Clinical Nutrition" məlumat verib.

Tədqiqatçılar 12 sağlam könüllü üzərində nümunələr aparıblar. Birinci qrup insanlar yaşıl çay ekstraktından istifadə ediblər, ikinci qrup insanlar isə çay içməyiblər və nəzarət altında saxlanılıblar. Təcrübədə iştirak edən adamlara 1-2 fincan çay verilib. Daha sonra onları beyin tomoqrafiyasından keçiriblər.

Testin nəticələrinin təhlili göstərib ki, birinci qrup insanlarda beyinin fəaliyyəti ikinci qrupa nisbətən daha aktiv olub. Bazel Universitet Hospitalından Stefan Borqvardtın bildirdiyinə görə bunun sirri polifenolardadır.

Onlar dofamin və adrenalinin parçalanmasını zəiflədir. 

Нет комментариев

Добавить комментарий