EN SON XEBERLER

Meymunun şikəst etdiyi qadına $4 milyon veriləcək

The Daily Mail-ə istinadən bildirir ki, məhkəmənin qərarına görə, Neşə səhhətinə dəymiş ziyana görə təzminat qismində 4 milyon dollar ödənməlidir.

Hadisə 2009-cu ilin fevralında, ABŞ-ın Konnektikut ştatındakı Stemford şəhərində baş vermişdi.
Neş qonşusunun evinə, Trevis adlı 80 kiloqramlıq şimpanzenin sahibəsi Sandra Heroldun yanına qonaq getmişdi.

Şimpanzenin sahibəsi ondan xahiş edib ki, həyətdəki Trevisi evə gətirməyə yardım etsin. Lakin meymun hirslənib və Neşin üstünə atılıb.
Neş meymundan qurtulmağa çalışsa da, alınmayıb.

Meymun qadının iki əlini, burnunu, dodaqlarını və qaşlarını gəmirərək qoparıb.
Hadisə yerinə çağırılmış polislər meymunu sakitləşdirməyə çalışsalar da, çılğın Trevis sakitləşməyib. Belədə meymun güllələnib.
Trevisin niyə belə etdiyi bilinmir.
O, yuyunur, dişlərini yuyur, ailə üzvləri ilə birlikdə masa arxasında oturub yemək yeyir və hətta bəzi texnikanı idarə edirdi.

Faciədən sonra uzun müddət müalicə alan Neş üzünün tam transplantasiyasına məruz qalıb. Çox mürəkkəb cərrahiyyə əməliyyatı mayın sonunda Bostondakı "Brigham and Women’s" hospitalında aparılmışdı. ABŞ-ın ən yaxşı 30 cərrahının qatıldığı əməliyyat bir sutka davam etmişdi.

Əllərlə bağlı əməliyyat isə alınmayıb. İmplantantlar qopublar və bu səbəbdən də süni əllər amputasiya edilib.

"Çəkdiyim ağrıları izah etməyə söz tapmıram. Kənar yardım olmadan heç nə edə bilmirəm", - Çarla deyib.
Neşin ailəsi məhkəməyə müraciət edərək təzminat tələb etmişdi. Fəqət, şimpanzenin sahibəsi 2010-cu ildə vəfat etdiyindən qalmaqallı proses uzanıb.

Məhkəmənin qərarına görə, şimpanzenin mərhum sahibəsi Sandra Heroldun ailə üzvləri qadının evini və maşının satıb pulları Neşə ödəməlidirlər.



Böyütmək üçün şəkillərə klikləyin.



















15:33




Нет комментариев

Добавить комментарий