EN SON XEBERLER

"Qiyamət günü" ilə bağlı yeni iddialar

Dekabrın 21-də dünyanın sonuna inananlar hesab edirlər ki, bu hadisə bəşəriyyətin sonu deməkdir və Apokolipsisə az qaldığına işarədir. İddialara görə, Apokalipsisin ilk işarəsi görünüb. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Avstraliya sahillərində, Sidneyin bir neçə çimərliyində su qorxunc al qırmızı rəngə boyanıb. Bu səbəbdən Bondi, Maruba və Klavli çimərlikləri bağlanıb. Bu nadir təbiət hadisəsi bir neçə saat davam edəcək. Balıqçılar prosesi çoxdan gözləyirdilər. Çünki su qırmızı rəngdə olanda dəniz otlarının çiçəkləməsi zamanı balıqların çoxu sahilə yaxınlaşır və onları əllə tutmaq mümkün olur. İnsan üçün qırmızı su təhlükə kəsb etmir. Lakin hər ehtimala qarşı çimərlikləri bağlamaq qərarına gəliblər.

Dekabrın 21-də dünyanın sonuna inananlar isə hesab edirlər ki, bu hadisə bəşəriyyətin sonu deməkdir və Apokalipsisə az qaldığına işarədir.

Dünyanın sonu ilə bağlı deyilənlərin absurd olması barədə söylənənlərə, təkziblərə və təhlillərə rəğmən, ABŞ, Avropa və Asiya ölkələrində aparılmış son sorğuların nəticələrinə görə, rəyi soruşulanların 45 faizi qədim Mayya təqviminə inandıqlarını deyiblər. 2009-cu ildə “Google” axtarış sistemində “2012" yazanda 170 milyondan artıq sayt və səhifə göstərir. Hesablamalar göstərir ki, son 3 ildə dünyanın sonu ilə bağlı narahatçılıqların səviyyəsi 3 dəfə artıb və ”Google"da indi “2012" yazanda 25 milyard səhifəyə istinad verilir.

Bu ajiotajın səbəbi isə təxminən 1400 il əvvəl hindu xalqının Mayya yaratdığı təqvimdir. Həmin təqvim 1958-ci ildə Meksikanın Tabasko ştatında, Tortuqero şəhərinin qalıqlarında aşkarlanmışdı.

Təqvim hündürlüyü 1,9 metr, eni 55 sm, qalınlığı isə 6 sm olan daş parçasıdır. Eramızdan əvvəl VII əsrdə hazırlanmış təqvim “6-cı abidə” adlanır.

Abidənin 2 “qulağı” vardı ki, sol qulağı sınıb, sağ qulaq isə qalıb.

Həmin təqvimdə də mayya dilində mətn var və o mətndə də dünyanın sonunun 2012-ci ilin dekabrın 21-də olacağı yazılıb.

Mətndəki sözlər belədir: “13-cü dördyüzillik Kankin ayının 3-də, 4-cü Ahavada başa çatacaq və Bolon Yokte səmadan yerə enəcək”. Ötən əsrin ortalarında bu heroqliflərin mənası çoxlarını maraqlandırmırdı və monument uzun illər boyu yerli muzeyin bir küncünə atılı qaldı. Təqvim eramızdan əvvəl 3114-cü ilin avqustun 11-də başlanır. Bu, Mayya dövrünün əvvəli, “sıfırıncı” hesab məqamıdır. 2012-ci il dekabrın 21-i tarixi isə daş kitabənin “sağ qulağı”nın yuxarı hissəsində yazılıb və o, “13.0.0.0.0.” kimidir. Bu, 13-cü dördyüzillik dövrün başa çatması deməkdir.

“Bolon Yokte tanrısının Yerə enəcəyi” ilə bağlı öncəgörməyə gəldikdə isə, mayyalılar bununla dünyanın sonunun başlayacağını deməyiblər. Milli.az “Scientist”ə istinadən bildirir ki, təqvimdə əslində dünyanın sonu barədə heç nə deyilmir. Çünki “Bolon Yokte” tanrı yox, mayya dilində Mars planetinin adıdır. “13.0.0.0.0.” də o deməkdir ki, Mars planeti görülmə məkanını tərk edəcək, Günəş isə Yaquar bürcündən çıxacaq.

Təqvim dünyanın sonundan yox, astronomik hesablamalar və müşahidələrin nəticələrindən bəhs edir.

13-cü dördyüzillik dövr başa çatandan sonra isə dünyanın sonu yox, yeni hesablama dövrü başlanacaq.(milli.az)

“Çünki mayyalıların heç bir kitabəsində, yazılarında dünyanın sonu ilə bağlı bir kəlmə də yoxdur. Əvvəla, Mayya təqvimi dövri olduğundan o, heç zaman bitən deyil. Ən başlıcası isə odur ki, qədim mayyalıların dini, kosmologiyasında dünyanın sonu nəzərdə tutulmurdu. Onlarda dövrlər və həmin dövrləri idarə edən tanrılar dəyişirdi. Məsələn, mayyalıların 3144-cü ilinədək yağış tanrısı nəhəng timsaha qalib gəlib, onu şaqqalayıb və qan çaylara çevrilərək axıb. Bu, dünyanın sonu ilə bağlı proqnozlarla heç bir əlaqəsi olmayan adi mifologiyadır”, - Kaliforniya Universitetinin professoru Nil Aşer deyib.

CNN.turk.com saytı isə yazıb ki, Maya təqvimi əslində 2012-ci ilin dekabrında dünyanın sonunun gələcəyini demir. Təqvim bir dəfə daha alimlər tərəfindən araşdırılıb və orada 2012-ci ilin qiyamətin gəlişinə yox, yeni bir çağın sonuna işarət etməsi bildirilib.

Araşdırmanı aparan Maya tarixçisi Sven Gronemeyer, “Maya təqvimi 400 illik mərhələlərə bölünür” deyir. Gronemeyerə görə, 2012-ci ildə həmin mərhələlərdən sadəcə biri yekunlaşır. Tarixçilərin çoxu bu iddianı rədd edir. Onların fikrincə, bu iddia tamamilə bir biznes yalanıdır.

2012-ci il dekabrın 21-də dünyanın sonu olacağı barədə geniş yayılmış iddiaların “atası” isə ABŞ-dakı Yel Universitetinin antropologiya professoru, tanınmış amerikalı arxeoloq Maykl Koudur.

Məhz o, dünyada ilk dəfə demişdi: “Mayya təqviminə görə, 2012-ci il iki zaman dövrünün sonu olacaq. 13-cü dördyüzillik dövr və 5126 illik mərhələ başa çatacaq. Deməli, mayyaların fikrincə, dünyanın sonu gələcək”.

Daha sonra isə o, 1966-cı ildə dərc etdirdiyi “Mayya” kitabında yazmışdı: “Dünyanın yaranması və məhvi ilə bağlı təsəvvürlər mezoamerikan dinlərində adi məsələdir. Mayya təqvimində zaman dövrlərdən ibarətdir. Hər dövr 5200 ildir və 13 baktundan ibarətdir. Beləliklə, mayyalıların hesablamalarına görə, eramızdan əvvəl 3113-cü ildə yaranmış Kainat 2012-ci ilin dekabrın 21-də, daha bir dövrün sona çatmasında dünya dağılacaq”.

Koudan savayı, bütün nüfuzlu alimlər bunu şit zarafat hesab etmişdilər.

... Maykl Kounun indi 83 yaşı var və o, ABŞ-ın Konnektikut ştatındakı Nyu-Heyven şəhərində yaşayır. 

Нет комментариев

Добавить комментарий