EN SON XEBERLER

15 yaşlı qızı internet öldürdü: "Əlvida, yaşamaq istəmirəm"

O, Bekenhemdəki dəmiryol stansiyasına yollanıb, yaxınlaşan qatarı görəndə relslərə uzanıb.

The Daily Mail-ə istinadən bildirir ki, lokomotiv dayanmayıb və Uitaker təkərlərin altında qalaraq həlak olub.

Londonun cənub-şərqindəki Sent-Pankras stansiyasında baş vermiş bu faciə ölkəni lərzəyə salıb.

Kral Opera Evinin gənc və çox istedadlı ulduzunun intiharı ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.
Polisdən verilən ilkin məlumata görə, populyar və gözəl qız olan Rozinin ölümünün səbəbkarı internetdir.
İnternetdə dieta, pəhriz, habelə suisidlərlə bağlı saytların "daimi qonağı" olan Rozi sonradan intihara meylli adamların toplaşdığı foruma qatılıb.

Məhz bu forumda saatlarla müzakirələrdən sonra Rozidə ruh düşkünlüyü, depressiya yaranıb. Bir qədər sonra isə Rozidə bulimiya müşahidə olunub.

Belə vəziyyətdə olan Roziyə internet "dostlar"ı intiharı "məsləhət" biliblər, o da həyatına son qoyub.

Rozinin anası Vanja Uitaker deyir: "Son vaxtlar qızımın davranışında və zahiri görünüşündə çox ciddi dəyişikliklər başlanmışdı. Onu həkimlərə aparırdım, problemlərinin səbəblərini soruşurdum. Heç nə demirdi. Yeməyi pozulmuşdu. İntihardan iki gün əvvəl isə Rozi söylədi ki, yemək yeyə bilmir. Yesə belə, özünü daim ac hiss edir. İntihar günü onu hospitala müayinəyə aparmalıydım".

Rozinin rəfiqəsi Talula Uilson isə bildirib: "Son vaxtilar onun davranışı məni də çox narahat edirdi. Rozinin anasına, müəllimlərimizə bu barədə danışdım. Əfsuslar olsun ki, yardım edə bilmədik, onu ölümdən qoruya bilmədik".

London Kral Operasının rəhbərliyinin dediyinə görə, Rozi həddən ziyadə istedadlı balerina ola bilərdi.

Böyütmək üçün şəkillərə klikləyin.









Нет комментариев

Добавить комментарий