EN SON XEBERLER

Ermənistanın iri aviaşirkəti müflisləşir

Son aylar ərzində biz "Armaviya" avia şirkətinin durmadan müflisliyə doğru getməsinin şahidi oluruq, - bunu İrəvanın "Qraparak" qəzeti yazır. Özü də ölkə üçün çox önəmli olan bu obyekti almaq üçün heç kim heç bir addım atmır.

Anspress-ə istinadən xəbər verir ki, sahibkarların fikrincə, fəlakət içində olan bir şirkəti almağın və ona görə milyonlarla dollar xərcləməyin heç bir mənası yoxdur, özü də bu, on milyonlarla deyil, yüz milyonlarla dollar tuta bilər. "Armaviya"nın isə binadan, mənəvi köhnəlmiş kompüterlərdən və köhnə ofis mebelindən başqa, demək olar ki, heç nəyi yoxdur. Buna görə də iş adamları hesab edir ki, o, heç kimə lazım deyil.

Aviaşirkətin müflisləşməsi Ermənistan hakimiyyəti üçün daha bir həyəcan təbilidir. Halbuki hakimiyyət, demək olar ki, hər gün öz xalqına nağıl danışır ki, çiçəklənən Ermənistanın iqtisadiyyatı əminliklə üzü yuxarı gedir. Bütün ərzaq məhsullarının bahalaşmasına, işsizliyə və əhalinin ölkəni tərk etməsinə baxmayaraq. Bəlkə də Ermənistanın iqtisadiyyatı üzü yuxarı gedir, amma yavaş-yavaş və durmadan üzü aşağı sürüşəcək.

Нет комментариев

Добавить комментарий