EN SON XEBERLER

NASA dünyanın sonu ilə bağlı açıqlama yaydı

Çoxsaylı öncəgörmələrin və nəzəriyyələrin əksinə olaraq, bu ilin dekabrında dünyanın sonunun başlamayacağı dəqiqdir. Ən azı Amerikanın NASA kosmik idarəsinin alimləri buna tamamilə əmindirlər. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

"2012-ci ildə dünyanın sonu olmayacaq. Bizim planetimiz 4 milyarddan çox illər boyunca tam qaydasında olub və "tezliklə dünyanın axırı gəlir" kimi iddiaların heç bir elmi əsası yoxdur", - NASA-nın saytında yerləşdirilmiş xəbərdə qeyd edilir.

Məlumatda dünyanın axırı haqqında bu gün çox məşhur olan nəzəriyyələr təkzib edilir. Onlardan biri şumerlərin xəbər verdikləri Günəş sistemində səyahət edən mifik Nibiru planetinin Yer kürəsi ilə toqquşmasıdır. Əvvəllər bu ssenari üzrə fəlakətin baş verəcəyi 2003-cü ilin mayına planlaşdırılırdı. Ancaq o zaman bu baş vermədikdə dünyanın axırı 21 dekabr 2012-ci ilə keçirilmişdi. Məhz bu tarixdə mayya hindularının təqvim dövrlərindən biri başa çatır.

"2012-ci il 21 dekabr bəşəriyyətin sonu olmayacaq, ancaq həmin gün növbəti qış dönümü baslayacaq", - NASA-dan bildirirlər.

Bundan başqa, Amerika alimləri əmindirlər ki, heç qədim mayyalılar dünyanın axırının gələcəyini qabaqcadan xəbər verməyiblər: "Zaman yalnız sizin mətbəxinizdə asılan təqvimin dekabrın 31-də tamamlandığına görə qurtarmır. Həm də mayya təqvimi 21 dekabr 2012-ci ildə başa çatmır. Bu tarix mayyalılarda vaxtın hesablanılması sisteminin uzunmüddətli dövrünün sonudur, ancaq bundan sonra onlarda yeni dövr başlanır, eynilə sizin yanvarın 1-də divara yeni təqvim asacağınız kimi".

NASA alimləri dünyanın axırı haqqında yayılmış başqa nəzəriyyələri də təkzib edirlər. Onların arasında planetimizin hər hansı başqa göy cismi ilə toqquşması nəticəsində məhv olması, Günəşdə nəhəng partlayış, qütblərin tərpənməsi və "planetlərin paradı" kimi astronomik hadisə də var ki, bu zaman Günəş sisteminin planetlərinin müəyyən qismi kiçik sektorda Günəşin bir tərəfində olurlar.

Bu gün aralarında astronomlar, astrobioloqlar, asteroidlərin və Günəşin öyrənilməsi üzrə mütəxəssislər olan NASA alimləri bütün arzulayanlar üçün "Quql" videoçatında internet konfrans keçirəcəklər. Bu tədbir zamanı onlar nəyə görə dünyanın axırı barədə nəzəriyyələrin ağ yalan olması barədə təfərrüatı ilə danışacaqlar.

----------
09:49

2012-ci ilin dekabrında dünyanın sonu olmayacaq.  APA-nın məlumatına görə, ABŞ-ın NASA kosmik agentliyinin alimləri belə bir bəyanatla çıxış ediblər.

«2012-ci ildə dünyanın sonu olmayacaq. Bizim planetimiz 4 milyard il ərzində mövcuddur və tezliklə onun sonunun çatacağı barədə iddiaların heç bir elmi əsası yoxdur», - deyə NASA-nın saytında yerləşdirilmiş məlumatda bildirilir.

Məlumatda günümüzdə populyar olan dünyanın sonu barədə nəzəriyyələr təkzib olunur. Nəzəriyyələrdən birinə görə, Yer Günəş sistemində guya ki, mövcud olan mifik Nibiru planeti ilə toqquşacaq. İddialara görə, bu planetin mövcudluğu barədə qədim şumerlər məlumat veriblər. Əvvəllər bu ssenariyə əsasən fəlakət 2003-cü ilin mayında baş verməli idi. Lakin bu baş verməyəndə dünyanın sonu 2012-ci il dekabrın 21-dək "təxirə salındı". Mayya hindularının təqvimində vaxt dövriyyələrindən biri məhz bu tarixdə başa çatır.

Amerika alimləri isə əmindirlər ki, qədim mayyalar ümumiyyətlə dünyanın sonu barədə heç nə deməyiblər: «Mətbəxdə asılmış təqvimin dekabrın 31-də qurtarması ilə vaxt sona çatmır. Mayyaların təqvimi 2012-ci il dekabrın 21-də başa çatmır. Həmin gün onlarda uzunmüddətli bir dövr başa çatır, lakin bunun ardınca yeni bir dövr başlayır. Yəni yanvarın 1-də yeni il başladığı kimi», - deyə məlumatda qeyd olunur.
 Bookmark and Share

Нет комментариев

Добавить комментарий