EN SON XEBERLER

"BlackBerry" devrildi!

Bütün bunlarla yanaşı, cari ilin sonuna yaxın Kanadanın smartfon istehsalçısı daha bir xoşagəlməz hadisə ilə üzləşib.

http://tekheyat.nethouse.ru ICTnews-a istinadən bildirir ki, “IDC” tədqiqat agentliyindən verilmiş məlumata əsasən, əvvəldən əsasən korporativ istifadəçilər üçün nəzərdə tutulmuş “BlackBerry” platformasına biznes nümayəndələri arasında maraq getdikcə azalır.

Ekspertlərin hesablamalarına görə, “RIM” 2011-ci ildə korporativ sektor üçün 22,4 milyon “Blackberry” smartfonu istehsal edib. 2012-ci ildə “Enterprise” sektorunda bu qurğuların satın alınması 4 dəfə azalaraq 5,2 milyona bərabər olub. Müqayisə üçün, biznes “Android” platforması əsasında işləyən 15.1 milyon smartfon satın alıb. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. “iOS” platforması ilə işləyən qurğuların satış həcmi əvvəlki kimi 31,1 milyon təşkil edib.

“Jefferies” şirkətinin analitiki Piter Misek (Peter Misek) bildirib ki, “BlackBerry 10” ƏS-nin istifadəyə verilməsi və müştərilərin yeni məhsula reaksiyası “RIM” şirkəti üçün dönüş nöqtəsi olacaq. Belə ki, şirkətin mobil bazarda işini davam edib-etməyəcəyi aydın olacaq. Kanada şirkəti yeni əməliyyat sistemini 2013-cü il yanvarın 30-da təqdim edəcək.

Нет комментариев

Добавить комментарий