EN SON XEBERLER

Türkiyə Yerevana aviareys açır?

Bu barədə Trend-ə "Bora Jet" şirkətindən bildirilib.

Əldə olunan məlumata görə, tərəflər hələlik danışıqlar aparırlar və bunula bağlı hələ ki heç bir razılaşma əldə olunmayıb.

"Hələlik Van-Yerevan aviareysinin həyata keçiriləcəyi barədə danışmaq tezdir. Hazırkı mərhələdə tərəflər arasında danışıqlar aparılır", - şirkətdən deyiblər.

Şirkətdən bildirilib ki, əgər razılıq əldə olunarsa, onda reyslər yalnız sərnişin daşıyacaq, bu istiqamətdə yük reysləri nəzərdə tutulmayıb.

Bir müddət əvvəl Türkiyə KİV-i bildirmişdi ki, Türkiyənin Van şəhəri ilə və Ermənistanın paytaxtı Yerevan arasında daimi aviareys açılacaq. Uçuşlar Türkiyənin "Bora Jet" özəl aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Нет комментариев

Добавить комментарий