EN SON XEBERLER

Bakı metrosunda yeni tipli vaqonlar sınaqdan keçiriləcək

13:44

Trend-ə Bakı Metropolitenindən verilən məlumata görə, yeni 81-760/761 seriyasından olan vaqonlar məhsulları dünyanın bütün iqlim zonalarında yerləşən onlarla ölkəsində istismar edilən "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyətindən alınacaq.

Yeni qatarlar iqlim nəzarəti və havanın dezinfeksiya edilməsi sistemləri, həmçinin sərnişin salonları və maşinist kabinələri istilik sistemləri ilə təchiz edilib.

---------
10:41

APA-nın Bakı Metropoliteninin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, hazırda inşa olunan yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunacaq. Hazırda Rusiyanın «Transmaşholdinq»in yeni vaqonlarının Bakıda sınanmasına başlanacağı gözlənilir. Bu məqsədlə rusiyalı vaqon istehsalçıları ilk əvvəl Bakıya sınaq məqsədilə 5 yeni vaqon təqdim edəcək. Yaxın günlərdə «Transmaşholdinq»in istehsalı olan və «Oka» adı ilə də tanınan yeni tipli 81-760/761 vaqonları Bakıya çatdırılacaq.

«Sınaq üçün göndərilən vaqonlar qəhvəyi, qapıları isə qırmızı rəngdə olacaq. Bu, vaqonların estetik görkəmdə olmasını, amma bununla belə tunel şəraitində istismar ediləcəyini nəzərə alsaq, hələlik optimal variantdır», - deyə Metropolitendən bildirilib.

Qeyd edək ki, bu vaqonların istismarı ilə bağlı bir qrup mütəxəssis – maşinist və maşinist-təlimatçı təcrübə mübadiləsi üçün Moskvaya ezam olunub. Dekabrın ilk günlərində onlar səfərdən qayıdacaq.

                                                           Böyütmək üçün şəkillərə klikləyin.







----------
10:41





Нет комментариев

Добавить комментарий