EN SON XEBERLER

İdman beynimizi inkişaf etdirir

ABŞ-ın Kaliforniya Universitetində aparılan yeni araşdırma yetkin yaşlı insanlar arasında idman edənlərin beyninin daha gənc və sağlam qaldığını göstərib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Araşdırmaya rəhbərlik edən alim Kira Raci yaşlanma müddətində fiziki fəaliyyətin beynin boz maddəsinə necə təsir etməsi üzərində dayandıqlarını bildirib. Baş beyin qabığı da adlandırılan boz maddə istifadə etdiyimiz məlumatların çoxunun yarandığı sahə hesab edilir. Neyronlardan və sinir liflərindən ibarət olan boz maddənin azalması zamanı əqli zəiflik və Alsgeymer kimi xəstəliklər ortaya çıxır.

Tədqiqat zamanı 69-95 yaş arası 876 insanın beyinlərinin üçölçülü fotoşəkilləri çəkilib. Bu araşdırma təcrübədə iştirak edənlərin idmanla məşğul olarkən daha çox kalori yandırdıqlarını və buna görə də digərlərinə nisbətən daha çox boz maddəyə malik olduqlarını göstərib.

Bu arada ABŞ-ın Mayo Klinikasından Deyv Knopman adlı bir mütəxəssisə görə isə bu nəticələri "beyni daha böyük olanlar fiziki baxımdan daha aktiv olur" şəklində də şərh etmək olar.  Follow us on Twitter Follow us on Google+ Follow us on Facebook

Нет комментариев

Добавить комментарий