EN SON XEBERLER

Gözəllik kraliçası güllələndi

gözəllik kraliçası ölkənin şimal-qərbindəki Sinaola ştatında polis və hərbçilərin həyata keçirdikləri əməliyyat zamanı narkotacirlərlə atışmada həlak olub.

Atışma narkotacirlərdən birinin hərbçilərin patruluna atəş açmasından sonra başlanıb.
Atışmada Mariya ilə bahəm, daha 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hərbçilər və polis narkotacirlərin 6 avtomobilini, çoxsaylı odlu silahlarını və narkotik maddələrini ələ keçiriblər.

Mariya Qamesin meyiti Nuestra Bellezadakı dağ yolunda idi və yanında da avtomatik tüfəng vardı.
Sinaola ştatının prokuroru Marko Antonio İqeranın dediyinə görə, Flores Qames narkotacirlərin bandasının üzvü olub: "Onun hərbçilərlə atışmada iştirak edib-etmədiyini hələ dəqiq bilmirik".

Flores Qames bu ilin fevralında keçirilmiş "Miss Sinaloa" müsabiqəsində qalib gəlmişdi.
Yerli universitetin tələbəsi olan Mariya 2009-cu ildən bəri modellik edirdi və müxtəlif gözəllik müsabiqələrinə qatılırdı.

Нет комментариев

Добавить комментарий