EN SON XEBERLER

Şoka düşmüş ər: 16 illik arvadı kişi çıxdı

 The Daily Mail-ə istinadən bildirir ki, 64 yaşlı Yanın dediyinə görə, həqiqəti öyrənəndə dəhşətə gəlib.
"Fəqət, bu illər ərzində bir an olsun belə, Monikanın kişi olduğunu düşünməmişəm. O, əsl qadın idi. Özü də gözəl bir qadın. İndi isə məlum olur ki, arvadım kişi imiş", - Yan deyib.

Yan 1993-cü ildə Monika ilə evlənmişdi. İndoneziyalı Monika Yanın əvvəlki nikahında evdə xidmətçi çalışırdı.

Gözəl saydığı Monika ilə evlənmək üçün Yan əvvəlcə arvadını boşadı, sonra sənədləşdirmədə problemlərlə qarşılaşdı.

"Belçikanın Miqrasiya Departamenti Monikanın sənədlərində yanlışlıqlar və saxtakarlıq olduğunu bəyan etmişdi. Amma bu çətinliklər məni dayandırmadı. Monika çox zərif, gözəl qadındı. O vaxt 27 yaşı vardı. Uşaq istəyib-istəmədiyini soruşdum. Dedi ki, "yox" və mən də sevindim. Axı o vaxt 44 yaşındaydım, əvvəlki nikahdan iki övladım vardı", - Yan deyib.

16 illik nikah ərzində Monika həmişə ərinə deyirdi ki, hamilə qalmamaq üçün xüsusi dərmanlar içir.
Monika paltar yumağı, ütüləməyi, evdə təmizliklə məşğul olmağı sevmirdi.
Yan "İndi anlayıram ki, niyə..." deyir.

Son iki ildə ərlə arvad arasında münasibətlər pozulmağa başlayıb. 
Monika gecələr evə gec gəlməyə başlayıb, açıq-saçıq geyinib.
"Onun əynində çox qısa köynəklər və yubkalar olurdu. Üstəlik, ayaqqabılarının sayı 100 cütə çatmışdı. Bir dəfə isə gördüm ki, kompüteri qarşısına qoyub, orada gənc kişi şəklini az qalır gözləri ilə "yesin". Mənə xəyanət etməyə başladığını anlamışdım. Lakin kişi olduğunu hələ bilmirdim", - Yan söyəlyir.

Nieuwsblad bildirir ki, hər şey Monikanın qohumunun qonaq gəlməsindən və həqiqəti deməsindən sonra aşkarlanıb.
Qonaq ev sahibəsi Monikanın bir zamanlar kişi olduğunu deyib.
Yan da arvadını sorğu-suala tutub: "Uzun çək-çevirdən sonra Monika etiraf etdi ki, hə, oğlan doğulub, sonra da cinsini dəyişdirib. Dünya başıma uçdu. Dəhşətdəydim. Özümü elə hiss etdim ki, sanki 16 il mənə təcavüz ediblər, ələ salıblar".
Yan depressiyadadır və ona psixiatr yardımı göstərilir.

Yan "arvadı" Monikanı boşayıb evdən qovmaq istəsə də, məhkəmə onun iddiasını qəbul etməyib. Monika boşanıb, amma evdə qalıb.
Monika və Yan indi ayrı-ayrı otaqlarda yaşayır, dəhlizdə qarşılaşmamağa çalışırlar.

Нет комментариев

Добавить комментарий