EN SON XEBERLER

Avtomobilin nasazlığı sürücünü ölümdən qurtardı

Regional Tv-yə istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 87-ci km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 36 yaşlı, Abşeron rayonu, Xırdalan şəhər sakini Elsevər Bünyatovun idarə etdiyi 90 JU 380 qeydiyyat nişanlı yük avtomobili Quba istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanan digər 90 JE 809 qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. 

Qəza nəticəsində sürücü Elsevər Bünyatov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Xəstəxanadan verilən məlumata görə, qəza zamanı Elsevər Bünyatov yüngül xəsarətlər alıb.

Yaralının həyatı üçün təhlükə yoxdur. Toqquşmanın gücündən Elsevər Bünyatovun idarə etdiyi yük avtomobilinin ön hissəsi tamamilə dağılıb.

Digər avtomobil isə magistralın kənarındakı uçuruma düşüb. Nəqliyyat vasitəsi nasaz olduğundan sürücü maşını yolun kənarında saxlayaraq ehtiyat hissə almağa gedib. Qəza zamanı hər iki nəqliyyat vasitəsinin yük yeri boş olub. Hazırda fakt araşdırılır.

Нет комментариев

Добавить комментарий