EN SON XEBERLER

"Porsche Panamera"nın yanması ilə bağlı sürücüyə 9 il iş kəsdilər

həmin hadisədə "Porsche Panamera" avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü İsmayılov Firudin Arzu oğlu və onun dostu, 1984-cü il təvəllüdlü İbrahimov Rəşad İbrahim oğlu həlak olmuşdular. Bu hadisədə yük avtomobilinin sürücüsü, Hacıqabul rayon sakini Rüstəmov Zaur Əli oğlu ittiham olunurdu. 

Zaur Rüstəmovun vəkili Zaur İbadovun sözlərinə görə, məhkəmə iclası hakim Novruz Kərimovun sədrliyi ilə keçib.  

Məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 263.3 maddəsinə əsasən (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), müttəhim Z.Rüstəmovun günahı sübuta yetirilib və barəsində 9 il müddətində azadlıqdan məhrumetmə qərarı çıxarılıb. 

Martın 16-da saat 04.50 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Firudin İsmayılov "Porsche Panamera" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Hacıqabul rayon sakini Zaur Rüstəmovun idarə etdiyi "MAZ" markalı qoşqulu avtomaşına vurub. Sonra "Porsche Panamera" markalı avtomaşında yanğın baş verib. 

Nəticədə avtomaşının yanar konstruksiyaları, habelə F.İsmayılov və sərnişini, Şərur rayon sakini Rəşad İbrahimov hadisə yerində ölüblər. 

Нет комментариев

Добавить комментарий