EN SON XEBERLER

Dünyanın sonunu qarşılamaq üçün dəst satılır, içində...

RİA Novosti-yə istinadən bildirir ki, Tomsk şəhərində nikah agentliklərindən biri dünyanın sonunu "layiqli" qarşılamaq üçün gərək olan əşyaları dəst halında satmağa başlayıb. Şirkətin rəhbəri Yuliana Şeqoleva bildirib ki, 890 rubl dəyərində olan dəstə yaddaş kağızı (əgər adam yaddaşını itirərsə),  şprot konservi, araq, qarabaşaq, şam, kibrit, gələcək nəsillərə mesaj yazmaq üçün bloknot və karandaş, vaxtı öldürmək üçün müxtəlif oyun qaydaları, dərman qutusu (aktiv kömür, cuna, validol, kəndir, sabun) daxildir.    

Qədim mayyalıların təqviminə görə, 2012-ci il dekabrın 21-də e.ə. 3114-cü ilin avqustunda başlamış Beşinci Günəş Erası bitir. Bu tarixdə mayyalıların təqvimi bitir, bədbin insanlar isə belə qərara gəliblər ki, bununla mayyalılar dünyanın sonunu deyiblər. 

«Müxtəlif mənbələrdən eşidirik ki, dekabrın 21-də dünyanın sonu gələcək. Mən də fikirləşdim ki, dünyanın sonunu qarşılamaq üçün dəstlər niyə satılmır? İnternetdə sorğu verdik və məlum oldu ki, belə dəstlər yalnız Meksikada satılır. Bizim meksikalılardan nəyimiz əskikdir?» - Şeqoleva deyib. 

«Öz dəstimizlə dünyanın sonunu təşviq etmirik. Sadəcə, istəyirik ki, vətəndaşlarımız buna yumorla yanaşsınlar. O vaxt hamımız xoşbəxt olacağıq», - deyən şirkət rəhbəri qeyd edib ki, bu dəstləri təşkilatlar əməkdaşlarına Yeni İl hədiyyəsi qismində  alırlar. 


Mel

Dehshetdiler....Hansi agilli teklif olunan bu bosh nabora pul verer...

Комментировать