EN SON XEBERLER

Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar qeyri-iş günləri açıqlandı

Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin bu günlərdə qəbul edəcəyi qərarla Azərbaycanda 2012-ci il dekabrın 31-dən 2013-ci il yanvarın 3-nə kimi qeyri-iş günü olacaq.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1, 2-si Yeni il bayramıdır. Dekabrın 29-u şənbə, dekabrın 30-u bazar gününə düşdüyü üçün 5 gün qeyri-iş günü olacaq.

Нет комментариев

Добавить комментарий