EN SON XEBERLER

2 kartlı "Galaxy Note II" hazırlanıb

ICTnews-a istinadən bildirir ki, qurğu 2 ədəd SİM-kartın (standart SİM və MicroSİM) quraşdırılmasına imkan verir.

Qurğunun əsas texniki xüsusiyyətləri olduğu kimi saxlanılıb: 1.6 QHs takt tezliyində işləyən 4 nüvəli "Exynos" prosessoru, 2 Qb əməli yaddaş və 16 Qb daxili yaddaş, "Wi-Fi" (802.11a/b/g/n) və "Bluetooth 4.0" adapterləri, "GPS", 8 meqapikselli kamera və "MicroSD" slot. 3100 milliamper/saat tutumlu batareya enerji ilə "qida"lanmanı təmin edir.

Hibrid qurğuya "Android 4.1 Jelly Bean" əməliyyat sistemi (ƏS) quraşdırılıb. Ölçüləri 151,1×80,5×9,4 millimetr, çəkisi 183 qram təşkil edir. Yenilik dekabrın 3-də Çində satışa 700 avroya çıxarılacaq. Digər regionlara tədarüklərin başlama tarixi haqqında, hələ ki, 
məlumat verilmir.

Нет комментариев

Добавить комментарий