EN SON XEBERLER

Dəniz tısbağalarının qəribəlikləri

Yumurta qoyma zamanı gəldikdə isə yenidən sahilə çıxar, kürək kimi enli ayaqları ilə nəm qumda böyük bir çuxur açar, yumurtalarını ora qoyub, sonra da basdıraraq dənizə dönərlər.
 
 "Zaman Azərbaycan"a istinadən bildirir ki, xüsusilə qabaq ayaqları dəniz tısbağaları üçün həyati əhəmiyyət daşıyır. Bu ayaqlar quruda yerimək, dənizdə üzmək, lazım olduqda isə qumu qazmaq, bəzən də ovunu tutmaq üçün tısbağanın işinə yarayır. Bir çox hallarda bu yumurtalar müxtəlif vəhşilərin yeminə çevrilir. Amma sahilin nəm qumlarında qazılmış və yumurta ilə doldurulmuş on minlərlə çuxurları açıb-qurtarmaq mümkün deyil. Bir yırtıcı uzaqbaşı bir neçə çuxuru açıb, oradakı yumurtaları tələf edə bilər.  

Bala tısbağalar işıqlı gecələrdə, ay işığının dəniz ləpələrində əks edildiyi zaman qumun altından çıxır və dənizdə əks olunan işığa doğru tələsərlər. Qəribədir ki, tısbağaların yumurtadan niyə məhz bu zamanda, yəni aylı gecələrdə çıxması hələ də sirr kimi elmin qarşısında dayanmaqdadır. Sahildən suya qədər olan məsafə əslində bu tısbağaların ilk imtahanıdır. Belə ki, bir çox bala tısbağa elə bu məsafədə hansısa yırtıcının ovuna çevrilir. Bəzən də elə olur ki, yumurtadan çıxan və başını qumların arasından çıxaran bala tısbağa dəniz tərəfdə deyil, əks tərəfdə işıq görərək, o yana istiqamətlənir və təbii ki, bu onun ilk və son səfəri olur.

Bu tısbağaların dişi yoxdur, amma güclü çənələri və mişar kimi iti damaqları var. 

Нет комментариев

Добавить комментарий