EN SON XEBERLER

Müxalifətçilər nefti ələ keçirdi

“Frans-Press”in verdiyi xəbərə görə, bu barədə qərargahı Londonda yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Təşkilatı (SİHMT) xəbər verib.
 
 "Zaman Azərbaycan"a istinadən bildirir ki, Mayaden şəhərinin müxalif silahlılar tərəfindən ələ keçirilməsindən sonra Deyr-ez-Zor şəhərindən şərqdəki Fərat çayı boyunca İraqla sərhədə qədər olan ərazi onların nəzarətinə keçib.

Məlumatda bildirilir ki, Mayaden əslində şəhər deyil, hərbi bazadır. Onun mühasirəsi 20 gün çəkib və 44 nəfərin ölümünə səbəb olub. Nəticədə hökumət qüvvələri Mayadendən 42 km uzaqlıqda yerləşən, Deyr-ez-Zor şəhərindən şərqdəki hərbi hava limanına sıxışdırılıb.

Нет комментариев

Добавить комментарий