EN SON XEBERLER

2012-ci il jurnalistlərə qənim oldu: 119 ölü

Belə ki, yola saldığımız il ərzində öz xidməti vəzifələrini icra edərkən 119 jurnalist həlak olub. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (International Press Institute - IPI) hesabatında deyilir. Qeyd edək ki, IPI 1997-ci ildən öz hesabatlarını dərc etdirir.Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər verir.

Beynəlxalq Mətbuat İnstitutu öz peşəkar fəaliyyətinə görə və ya tapşırığı yerinə yetirən zaman həlak olmuş bütün jurnalistləri öz hesabatlarına daxil edir. Suriya 2012-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkə olub. Orada hökumət qüvvələri və üsyançılar arasında gedən arasıkəsilməz döyüşlərdə artıq 36 müxbir və digər KİV nümayəndələri həlak olub.

IPI-nin fikrincə, həmin jurnalistlərin əksəriyyəti bilərəkdən, yəni "münaqişə edən istənilən tərəfin təbliğat səylərinə mane ola biləcək məlumatın yayılmasının qarşısını almaqdan ötrü" qətlə yetiriliblər.

Jurnalistlər arasında ölüm hadisələrinin səviyyəsinə görə ikinci yeri Somali tutur. Bu ölkədə il ərzində 16 reportyor həlak olub. Ən təhlükəli regionlar Yaxın Şərq və Afrika, KİV əməkdaşları üçün ən təhlükəli ölkələr isə Meksika, Pakistan və Filippin hesab edilir. Hesabatda Rusiyanın və MDB ölkələrinin adları çəkilmir.

İPİ-nin məlumatına görə, 2011-ci ildə dünyada 82 jurnalist, 2010-cu ildə isə 102 müxbir həlak olub.

Нет комментариев

Добавить комментарий