EN SON XEBERLER

Peyvəndlər qorxuludur?


Trend
-in məlumatına görə, Elsevər Ağayev cümə günü jurnalistlərə deyib ki, müəyyən narahatlıqlar Hindistandan gətirilən peyvəndlərlə bağlı yarana bilər.

"Ola bilsin ki, Hindistandan gətirilən peyvəndlərlə bağlı müəyyən narahatlıq olsun. Amma biləsiniz ki, bu peyvəndlər ÜST-ün qəbul etdiyi istehsalçıların peyvəndləridir. Yəni ÜST-ün qəbul etmədiyi istehsalçılardan peyvəndlər Azərbaycana gətirilmir", - Ağayev deyib.

O qeyd edib ki, Səhiyyə Nazirliyinin özü də müəyyən peyvəndlər alır. Bununla yanaşı, müxtəlif fondlar, o cümlədən Rastropoviç- Vişnevskaya Fondu tərəfindən ölkədə peyvəndləmə işləri həyata keçirilir.

Nazir müavininin sözlərinə görə, bu ildən Azərbaycanda uşaqlara vurulan peyvəndlərin sayı artırılaraq 10-a çatdırılacaq.

Ağayev deyib ki, Azərbaycanın peyvənd proqramını həyata keçirmək istiqamətindəki fəaliyyəti uzun illərdir Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur. O, Azərbaycanda peyvəndləmə işlərinin 98 faiz həyata keçirildiyini də açıqlayıb

Нет комментариев

Добавить комментарий