EN SON XEBERLER

Sualtı ovçular yaradılır

Onlar ölkənin ərazi sularında patrul keşiyi çəkərək rəqibin sualtı gəmilərini tapa biləcəklər. “Ovçu” aşkar etdiyi sualtı gəmini təyin edilmiş məsafəyə üzənə qədər təqib edəcək. Belə avtonom aparatları silahlandırmaq planlaşdırılmır; onlar yalnız ərazi sularına nəzarət edəcəklər.

tekheyat.nethouse.ru ICTnews-a istinadən bildirir ki, ilk belə aparatlar yaxın 3 il ərzində hazırlanmalıdır. Aparatın xüsusiyyətləri və xarici görünüşü hələ təsdiq edilməyib, lakin onun qarşısında qoyulmuş tələbə əsasən, o, ən azı 80 gün avtonom rejimdə işləməli və təxminən 6 min kilometr məsafə qət etməlidir. Layihənin həyata keçirilməsinə 58 milyon dollar ayrılıb.

Нет комментариев

Добавить комментарий