EN SON XEBERLER

Barmaqlar nədən xəbər verir?

Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Araşdırmada aparılan qan testləri sağ əlin adsız barmağı daha uzun olan kişilərdə prostat spesifik antigeninin (PSA) daha yüksək səviyyədə olduğu aşkara çıxıb.

Adsız barmağı işarə barmağından yalnız bir az uzun ya da eyni uzunluqda olanlarınsa xəstəliyə daha az meylli olduqları məlum olub. Daha əvvəlki araşdırmalarda da uzun adsız barmağın ürək narahatlıqlarını azaltdığı, imtahanlarda müvəffəqiyyət şansını artırdığı kimi müsbət tərəflərindən söz açılıb.

Bəs əl barmaqlarınızın şəxsiyyətiniz haqqında bir çox həqiqəti ortaya çıxarmasından xəbəriniz varmı?

Bu günlərdə İngiltərədə satışa çıxan "The Finger Book" ("Barmaq kitabı") adlı kitabda malik olduğumuz bir çox xüsusiyyətimizin barmaqlarımızın quruluşu, yəni onların uzun ya da qısa olması ilə bağlı olduğu bildirilir. Kitapda yer alan bəzi ən maraqlı məqamları diqqətinizə çatdırırıq.

Beləliklə, orta barmağı şəhadət barmağından uzun olan insanlar həssas və ünsiyyətcil olurlar. Risk etməkdən qorxmazlar. Normal insanlardan daha aqressiv, musiqi qabiliyyətinə sahib olurlar. Belə adamlar, əsasən, solaxay olurlar. Belə adamların hiperaktiv və anti-ictimai davranışa malik olmaq ehtimalları yüksək olur.

Orta barmağın şəhadət barmağından qısa olmasına isə qadınlar arasında daha çox təsadüf edilir. Bu adamlar idarəetmə işlərində, ev dekorasiyasında və sağlamlıq xidmətlərində daha bacarıqlı olurlar. Romantik və özlərinə qapalı, daim qorxu və qayğı içərisində olurlar. Onların danışaraq təsir etmə qabiliyyətləri yüksək səviyyədədir. Eyni zamanda, bu şəxslərin şizofreniya xəstəliyinə mübtəla olma ehtimalı yüksəkdir.

Bu arada, orta barmağı şəhadət barmağı ilə bərabər olanlar əsasən, özü-özlərinin ağası olurlar. Onlar inanmadıqları heç bir şeyi söyləmir, dərdlərini öz içlərində yaşayırlar.

Нет комментариев

Добавить комментарий