EN SON XEBERLER

Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

Temperatur gecə 7-10 dərəcə, gündüz 10-14 dərəcə isti olacaq.
Bakıda gecə 8°-10 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Temperaturun gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 8-12 dərəcə, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 4-9 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək ,gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 6-11 dərəcə, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 7-11 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. 

Нет комментариев

Добавить комментарий