EN SON XEBERLER

Bakının mərkəzi prospektində iki avtomobil toqquşub

Bakının Nərimanov rayonu Heydər Əliyev prospektində iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, qəza zamanı Qafar Hacıyevin idarə etidiyi “Toyota” markalı avtomaşınla Vüqar Ayazova məxsus “Geely” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi şəhərdən üzü metronun "Koroğlu" stansiyasına doğru hərəkətdə olub. Bu zaman “Geely”nin sürücüsü qəfil idarəetməni itirərək avtomaşını qarşıda hərəkətdə olan “Toyota”nın arxa hissəsinə çırpıb. Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisədən sonra qəzaya səbəb olan avtomaşının sürücüsü ərazidən uzaqlaşmaq istəsə də, yol patrul xidməti əməkdaşlarının sayıqlığı sürücünün bu niyyətini həyata keçirməsinə imkan vermədi.

Polislər hadisə yerində araşdırma aparandan sonra nəqliyyat vasitələri cərimə dayanacağına aparılrdı. Sürücülərin isə sərxoş olub-olmadığını müəyyən etmək üçün onlar ekspertizaya dəvət edildilər. Yol nəqliyyat hadisəsinə hüquqi qiymət isə Bakı Şəhər Dövlət Yol Polis idarəsində başlanan araşdırmalardan sonra veriləcək.

Нет комментариев

Добавить комментарий