EN SON XEBERLER

Meteoroloqlardan xəbərdarlıq: "Planetimiz tanınmaz dərəcədə dəyişə bilər"

AzərTAc xəbər verir ki, belə bir xəbərdarlıqla çıxış edən Dünya Meteorologiya Təşkilatı (DMT) qlobal istiləşmənin nə ilə nəticələnəcəyini açıqlayıb.

Karbon qazının miqdarı Avropada ilk sənaye müəssisələrinin meydana gəldiyi 1750–ci ilin səviyyəsini 40 faiz ötüb. Özü də metanın konsentrasiyası 260 il əvvəlki göstəricidən 2,6 dəfə çox, azot 2-oksidin miqdarı isə 20 faiz yüksək olub.

Meteoroloqlar xəbərdarlıq edərək bildirirlər ki, Yer kürəsində qlobal istiləşmənin nəticələri hələ uzun əsrlər hiss ediləcək. DMT-nin baş katibi Mişel Jarro deyib: “Milyardlarla ton əlavə karbon qazı bir çox əsrlər boyu atmosferdə toplanacaq. Nəticədə planetimizdə hava istiləşəcəkdir ki, bu da həyatın bütün aspektlərində əksini tapacaq”.

Jarro deyib ki, hələlik okeanlar və biosfer atmosferi parnik qazları tullantılarının yarısından təmizləyir. Onun sözlərinə görə, karbon qazını udduğu üçün okeanların turşululuq səviyyəsi artıq indinin özündə artmaqdadır. Bu da tezliklə dəniz resursları və mərcan rifləri ehtiyatlarına təsir göstərəcək.

Xatırladaq ki, daha əvvəl Dünya Bankı (DB) oxşar bəyanatla çıxış etmişdi. XXII əsrin əvvəllərinə doğru Yer kürəsində temperatur dörd dərəcə arta bilər. Nəticədə planetimiz tanınmaz dərəcədə dəyişəcək.

DB-nin fikrincə, temperaturun artması dünya ərzaq ehtiyatlarının tükənməsinə, ekoloji sistemlərin və biomüxtəlifliyin məhvinə, dünya okeanının səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. 

İstiləşmənin mənfi nəticələri planetimizin ən yoxsul regionları üçün əsl fəlakətə çevriləcək və bəşəriyyətin qlobal məqsədlərinə nail olmaq səylərini puça çıxaracaq.

Parnik qazları tullantılarının rekord səviyyəyə çatacağını Almaniya Bərpa olunan Enerji İnstitutunun mütəxəssisləri də bildirmişlər. İnstitutun direktoru Norbert Olnoh deyib: “İndiki meyil saxlanılarsa, dünyada karbon qazı tullantıları 2020-ci ilədək daha 20 faiz artaraq, 40 milyard tona çatacaq. Onun sözlərinə görə, hazırda parnik qazlarının qlobal səviyyədə tullantıları 1990-cı ilin səviyyəsini iki dəfə üstələyir". 

Нет комментариев

Добавить комментарий