EN SON XEBERLER

Küçə itləri Bakı sakinlərinə rahatlıq vermir

 oxucu küçə itlərindən şikayət edir. 

"Mən Atamoğlan Rzayev küçəsində yaşayıram. Son 10 ay ərzində küçəmizdə sahibsiz itlər gəzişir. Qonşuların çoxu uşaqlarını çölə buraxmaqdan qorxurlar", - o əlavə edib. 
  
Məsələ ilə əlaqədar saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin küçə itləri və digər heyvanların ovu şöhəsinin rəisi Əhməd Məmmədovla əlaqə saxlamağa çalışıb. Lakin onunla əlaqə saxlamaq mümkün olmayıb. 

Şöbənin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib ki, küçə itləri ilə bağlı şöbəyə şikayətlər daxil olur. 

"Şikayətlər daxil olduqda, əməkdaşlarımız həmin şikayət əsasında ərazidə sahibsiz itlərin ovlanmasını həyata keçirirlər. Daxil olan müraciətlərə operativ şəkildə baxılır. Heç bir müraciət cavabsız qalmır. İdarəyə həmin küçədən heç bir şikayət və ya müraciət daxil olmayıb. Həmin oxucu 480-25-13 nömrəsinə zəng vura bilər", - o əlavə edib.

Нет комментариев

Добавить комментарий