EN SON XEBERLER

Gənclərin ixtisas seçimində yenilik

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidməti (DMX) özünün rəsmi internet (http://www.ses.gov.az/) səhifəsində  məlumat yayıb.

“ICTnews.az” elektron xəbər xidməti adıçəkilən səhifəyə istinadən bildirir ki, bununla əlaqədar komponent üzrə əldə olunmuş nəticələr yüksək qiymətləndirilib və gələcəyə yönəlmiş tədbirlər hazırlanıb. 

Eyni zamanda Azərbaycan dövləti tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin “Əmək bazarının təkmilləşdirilməsi” komponenti çərçivəsində Gənclər üçün Peşəyönümü Xidmətləri Mərkəzinin yaradılması istiqamətində işlər tamamlanıb. 

Bunun nəticəsi olaraq Bakı şəhərində pilot Peşəyönümü Mərkəzi fəaliyyətə başlamış, müxtəlif peşələr üzrə standartlar hazırlanıb. 

Нет комментариев

Добавить комментарий