EN SON XEBERLER

Bakıda güclü külək gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal, şimal-şərq küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-də bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-3, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Нет комментариев

Добавить комментарий