EN SON XEBERLER

Azərbaycanda "Porsche" hasarı dağıdaraq həyətə girdi

Bu gün saat 12:30 radələrində Bakı-Astara magistral yolunun 240-cı kilometrliyində Cəlilabad rayonu Göytəpə kəndi ərazisində “Porsche” markalı avtomobil qəza törədib. 

Yol Polisinin Anspress-ə verdiyi məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə daha sonra yaxınlıqdakı evin hasarını dağıdaraq həyətə girib. Xoşbəxtlikdən sürücü yüngül xəsarətlə canını qurtarsa da, minik maşını yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır.

Нет комментариев

Добавить комментарий