EN SON XEBERLER

Bakıda 4 qumarxana aşkar edildi

Nazirliyin Analitik informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43 ünvanda yerləşən, Şərifov Rafiq Cəbrayıl oğluna məxsus, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3/20 ünvanda yerləşən, Şıxəliyev Pənah Sultanağa oğluna məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi, 17 ünvanda yerləşən, Qurbanov Zaur Hasil oğluna məxsus, Səbail rayonu, Xaqani küçəsi, 31 ünvanda yerləşən "Alsefay" MMC-yə məxsus obyektlərdən qanunsuz fəaliyyəti təsdiq edən kompüter dəstləri, noutbuklar, televizorlar, faks və printer aparatları, modemlər, "qara mühasibatlıq" sənədləri, mərc oyununda ödəniş etmək üçün qəbz formaları və kuponlar, oyun kartları və s. dəlillər vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb.

Keçirilən tədbir zamanı həmin obyektlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.

Нет комментариев

Добавить комментарий