EN SON XEBERLER

Bakıda qadın ölümcül döyüldü

Ötən gecə Bakıda ortayaşlı qadın vəhşicəsinə döyülüb. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, 45 yaşlı Qənirə Allahverdiyeva evlərinin qarşısında möhkəm döyülüb.

O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadına tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hazırda qadını döyən şəxs axtarılır. Faktla bağlı araşdırma aparılır.

Нет комментариев

Добавить комментарий