EN SON XEBERLER

Mingəçevir teatrında premyera baş tutub

EL TV-yə istinadən xəbər verir ki, 44-cü teatr mövsümündə Mingəçevir Dövlət Dram Teatrında Əşrəf Əsgərovun “Təbəssüm” povesti əsasında, eyni adlı bir hissəli melodrama teatr sevərlərə təqdim olunub. Premyeranı açıq elan edən Dram Teatrın direktoru Həsən Həsənov çıxış edərək Mingəçevir Turizm Kolleci ilə dövlət Dram Teatrı arasındakı yaradıcılıq əlaqəsindən danışıb.

Qeyd edək ki, tamaşanın rejissoru Respublikanın xalq artisti Zülfüqar Abbasov, rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı isə Elnur Rəsulovdu. Əsərdə baş rolları Respublikanın əməkdar artisti Akif Mirabovİlqar RəhimovSevinc ŞirinovaPərvanə QurbanovaAsim  Əmirov və Asim Məmmədov oynayıblar. 

Əsas sujet xəttində xeyirlə şərin mübarizəsindən bəhs edilən tamaşada bütün hadisələr Mingəçevir şəhərində cərəyan edir. Tamaşanın qəhrəmanı olan Təbəssüm xanımın nişanlısı birinci Qarabağ Müharibəsində şəhid olur. Təhsil Nazirliyinin əmri ilə şəhər məktəblərinin birinə təyinat alan qəhrəman burada məktəb direktoru tərəfindən yaradılan süni maneələrlə qarşılaşır. Belə ki, təhsil müəssisəsinin rüşvətxor, şorgöz və mənəviyyatdan uzaq olan direktoru gənc, bəxti-taleyi qırılan zərif müəllimənin qarşısında sipər olur. Lakin bütün bunlara baxmayaq əsərin baş qəhrəmanı olan Təbəssüm xanım nankor direktorun bütün hiylələrinə sinə gərərək bu qeyri-bərabər döyüşdə qalib çıxır.

Tamaşanın rejissoru Zülfüqar Abbasov dram əsərini məhz milli mənəvi dəyərlərin qorunması, xeyirin şər üzərində qələbəsi baxımından yüksək dəyərləndirib. Əsərin müəllifi
əsərdə oynanılan insanların  bəzi prototiplərinin həyatda da mövcud olduğunu dilə gətirib.

Нет комментариев

Добавить комментарий