EN SON XEBERLER

Bakının mərkəzində mağazaya basqın: obyekt sahibi vuruldu

Rayon Polis İdarəsindən tekheyat.nethouse.ru-a verilən məlumata görə, noyabrın 16-da saat 00:15-də mağazaların birinə gəlmiş 2 naməlum şəxs orada işləyən Bakı şəhər sakini Tofiq Qasımova hücum edib. Onlar mağaza sahibinə küt alətlə baş nahiyəsindən xəsarət yetirib, oradan 280 manat pul və sərinləşdirici içkilər götürərək gediblər. 
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Bakı şəhər sakini Sahib Rüstəmov tutulub. Onun üzərinə baxış zamanı 0,632 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb. 

Нет комментариев

Добавить комментарий