EN SON XEBERLER

Tənha qadınlar üçün robot ər hazırlandı

Belə qadınların problemlərini həll etmək üçün Kanadanın Viktoriya Universitetinin alimləri xüsusi robot hazırlamağa başladıqlarını bəyan ediblər.

Milli.Az Transhumanity-yə istinadən bildirir ki, "Sexbot" adlanan bu robotun ilkin sınaqları keçirilib.
"Robot ər" evi təmizləyir, qabları yuyur, xörək və çörək bişirir, yatağı yığır, masaya qabları düzüb yığışdırır, habelə söhbət edə bilir.

"Sexbot" qadının verdiyi bütün suallara cavab verir. Robotun səsini korreksiya etmək olar. Yəni sahibəsi onun səs tonundan tutmuş, danışıq tərzinə qədər bütün konfiqurasiyaları müəyyənləşdirə bilər.

Oynaqlarının hər birində kiçik prosessorlar olan "Sexbot" 24 videokamera, səs və istilik sensorları, 27 servomühərriklə təchiz olunub.

Sahibəsi yuxuya gedəndə, ya mənzili tərk edəndə "Sexbot" mühafizəçi funksiyalarını icra etməyə başlayır.
Bundan başqa, "Sexbot" sıradan çıxan məişət əşyalarını təmir edir, elektrik xətləri və ya santexnika sistemindəki nasazlıqları aradan qaldırır.
"Sexbot"un təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

Нет комментариев

Добавить комментарий