IDMAN

Bu gün "Barselona"nın ad günüdür

Wikipedia-ya istinadən xəbər verir ki, bu gün dünyanın ən güclü klublarından biri  olan “Barselona”nın 113 yaşı tamam oldu.

"Barselona" - İspaniyanın ən qədim klublarından biridir. Klubun əsasını 1899-cu il noyabrın 29-u isveçrəli Xuan Qamper qoyub. Klub tarixi boyu Primeroda bütün illərdə iştirak edib və heç vaxt aşağı diviziona düşməyib. 

Klubun stadionu "Kamp Nou"dur. Tutumu 98 772 nəfər olan bu arena Avropanın ən böyük stadionudur.

"Barselona" formasında tarixi boyu heç bir şirkətin adı yazılmamışdı. Lakin 2006-cı il iyulun 14-də UNİSEF-lə 5 illik müqavilə imzalandı ki, bu da yalnız xeyriyyəçilik məqsədi güdürdü. Bütün dünyada aclıq və yoxsulluğa qarşı mübarizə aparmaq üçün "Barsa" hər il öz gəlirindən həmin təşkilata müəyyən miqdarda pul ödəyir.

Bununla yanaşı, 2010-cu ildə, Barselona futbol klubu öz tarixində ilk dəfə 111 illik "müqavimət"dən sonra Qatar Fondu (Qatar Foundation) ilə ümumi dəyəri 125 milyon funt olan sponsorluq müqaviləsi imzalayıb.

"Barselona"nın daxili oyunlarda uğurları:

La Liqa: 21 
1928-29, 1944-45, 1947-48, 1948-49, 1951-52, 1952-53, 1958-59, 1959-60, 1973-74, 1984-85, 1990-91, 1991-92, 1992-93, 1993-94, 1997-98, 1998-99, 2004-05, 2005-06, 2008-09, 2009-10, 2010-11

İspaniya Kral Kuboku: 25 (rekord) 
1909-10, 1911-12, 1912-13, 1919-20, 1921-22, 1924-25, 1925-26, 1927-28, 1941-42, 1950-51, 1951-52, 1952-53, 1956-57, 1962-63, 1967-68, 1970-71, 1977-78, 1980-81, 1982-83, 1987-88, 1989-90, 1996-97, 1997-98, 2008-09

İspaniya Super Kuboku: 10 
1984, 1992, 1993, 1995, 1997, 2005, 2006, 2009, 2010, 2011

İspaniya Liqa Kuboku: 2 (rekord) 
1983, 1986

"Barselona"nın əsas beynəlxalq yarışlarda uğurları: 

UEFA Çempionlar Liqası: 4 
1991/1992, 2005/2006, 2008/2009, 2010/11

UEFA Kuboklar Kuboku: 4 
1979, 1982, 1989, 1997

UEFA Yarmarkalar Kuboku: 3 (rekord) 
1958, 1960, 1966

UEFA Avropa Superkuboku: 4 
1992, 1997, 2009, 2011

FİFA Klublararası Dünya Çempionatı: 1 
2009Böyütmək üçün şəkillərə klikləyin.



















































































































Нет комментариев

Добавить комментарий