IDMAN

Kriştiano Ronaldo maşınını satır

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo qəzaya düşmüş "Ferrari 599 GTB" atvomobilini satışa çıxarıb.Ronaldo bu maşını ilə 2009-cu ilin yavarında, İngiltəirənin Mançester şəhər hava limanının yaxınlığındakı tuneldə qəzaya düşmüşdü.

The Guardian-a istinadən bildirir ki, həmin dönəm "Mançester Yunayted"də oynayan Ronaldo məşqə tələsirdi.
Çox sürətlə hərəkət edən maşının idarəsini itirən Ronaldo "Ferrari"ni beton divara çırpmışdı. Futbolçu xəsarət almasa da, "Ferrari"nin ön hissəsi darmadağın olmuşdu.

İndi isə həmin "Ferrari" avtomobili "eBay France" onlayn hərracında 140 min avroya satışa çıxarılıb.

Kriştiano Ronaldonun "Audi R8", "Ferrari 599 GTO" və "Lamborghini Aventador LP700-4" kimi lüks avtomobilləri var.

Нет комментариев

Добавить комментарий