IDMAN

"Neftçi" Avropa Liqasında ilk qələbəsini qazana biləcəkmi?

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu növbəti matçına çıxacaq.
Son Azərbaycan çempionu doğma azarkeşləri önündə Serbiyanın "Partizan" klubunu qəbul edəcək. Belqradda rəqibi ilə 0:0 oynayan "Neftçi" bu dəfə qələbə qazanmaq niyyətindədir. Lakin "Partizan"ın buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur. 

Qeyd edək ki, "Neftçi" Avroliqada son matçını dekabrın 6-da, İtaliyada "İnter" klubuna qarşı keçirəcək.

22 noyabr
Avropa Liqası, V turun oyunları

H qrupu

21:00. "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) 

21:00. "Rubin" (Kazan, Rusiya) - "İnter" (İtaliya)

1    İnter        4      3    1    0    9-4     10
2    Rubin        4     3    1    0     6-2    10
3    Neftçi       4      0    1    3    1-5     1
4    Partizan     4     0    1    3    1-6     1  

Нет комментариев

Добавить комментарий