IDMAN

"Barselona" "Real" Madridin rekordunu vurdu

 “Barselona” klubu İspaniya çempionatında “Real” Madridin rekordunu qırıb. 

İTAR-TASS bildirir ki, “Barsa” 12-ci turda “Saraqosa”nı (3:1) məğlub edərək İspaniya çempionatının tarixində ən uğurlu start etmiş oldu. 12 oyun - 11 qələbə, 1 heç-heçə, 34 xal. 42 ildir, “Real” Madridin rekordunu qıran yox idi. 

Bundan əlavə, Messi 2 qol vuraraq əfsanəvi alman futbolçu Herd Müllerə bir az da yaxınlaşdı. 

Qeyd edək ki, Müller 1979-ci ildə il ərzində 85 qol vurmuşdu, Messinin hesabında isə 78 top var (66 - “Barselona”nın, 12 - Argentina millisinin heyətində). 2012-ci ilin sonuna qədər “Barsa”nın çempionatda 5, Çempionlar Liqasında isə 2 oyunu var. Noyabrın 20-də "Barsa" Moskvada “Spartak”la qarşılaşacaq. 

Нет комментариев

Добавить комментарий