IDMAN

Türkiyə - Azərbaycan matçı dava meydanına çevrildi

Türkiyə komandası ilə Azərbaycan oyunçuları stadionda əlbəyaxa olublar.Azerisport.az xəbər verir ki, Avropa Millətlər Kubokunun ENC3 qrupunda reqbi üzrə keçirilən Türkiyə və Azərbaycan komandaları arasındakı görüş təxirə salınıb. Buna səbə isə iki komanda arasındakı əlbəyaxa dava olub.
 
Qarşılaşmanın ilk yarısını Türkiyə 39-3 xal hesabı ilə öndə bitirib. Oyunun ikinci yarısı da 53-3 hesabı ilə Türkiyənin xeyrinə olub. Oyunun 65-ci dəqiqəsində isə iki komandanın oyunçuları arasında mübahisə yaranıb. Daha sonra yaranan mübahisə davaya çevrilib.
 
Hər iki komandanın oyunçuları bir-birini yumruqlayıb. Hətta azarkeşlərin davaya sözlə müdaxiləsindən sonra da Azərbaycan komandasının oyunçuları ilə azərkeşlər arasında dava düşüb. Hakim oyundakı hadisələri nəzərə alaraq oyunu təxirə salıb.
 
Oyundan sonra jurnalistlərə açıqlama verən Türkiyə Reqbi Milli komandasının rəhbəri Niall Doherth heç vaxt bu cür gərginliklə rastlaşmadığını deyib: "Azərbaycan komandasının reqbi oynamağı düşündüklərini zənn etmirəm. Mənim oyunçularım çox uğurlu və qayda-qanunlara riayət edirdilər. Öz oyunçularımla qürur duyuram". 

Нет комментариев

Добавить комментарий