IDMAN

"Neftçi" "Sumqayıt"a aman vermədi: 8:1!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarına start verilib.16:50

Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Hesabat turunun açılış matçında son çempion “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma “ağ-qaralar”ın yeni stadionunda – daha doğrusu bundan sonra ev oyunlarını keçirəcəyi 8-ci km qəsəbəsindəki arenada keçirildiyindən, bakılılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. İlk dövrədə baş tutan görüşdə sumqayıtlılar qalib gəldiyindən (3:2) paytaxt klubu eyni zamanda qisas barədə düşünürdü. Gözlənildiyi kimi, Böyükağa Hacıyevin komandası bu istəyinə çatıb. Özü də çox fərqli hesabla - 8:1.
 
Qeyd edək ki, 13-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
 

Нет комментариев

Добавить комментарий