IDMAN

"Çelsi" azarkeşləri rahat nəfəs ala bilərlər

Çelsi"nin müdafiəçisi Con Terri bir ay yarım yaşıl meydanlardan uzaq qalacaq.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərə çempionatının 11-ci turu çərçivəsində "Liverpul"la oyunda zədələnən Terri 6 həftəlik sıradan çıxıb.

Xatırladaq ki, 1:1 hesabı ilə başa çatan matçda Terri zədə səbəbindən oyunda sona qədər çıxış edə bilməmişdi.

Нет комментариев

Добавить комментарий