EN SON XEBERLER

Yuyucu sexinə maşınını etibar etdi, var-dövlətini oğurladılar

EL TV-yə istinadən xəbər verir ki, daxil olan ərizə əsasında araşdırma aparan polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Məlum olub ki, hadisəni elə həmin sexdə işləyən Tərtər rayonunun Seydimli kənd sakini 1986-cı il təvəllüdlüİsmayılov Təbib Həbib oğlu törədib.

Tərtər Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi Tural Əlizadənin sözlərinə görə, saxlanılan şəxs yuyucu sexinə gələn avtomobilin içərisini təmizləyərkən qabaq oturacağın arxa cibində olan qadının əl çantasından pul və qızıl əşyalarını oğurlayıb. Daha sonra oğurladığı pulu köhnə rezin su borusunun içində gizlədib.

Qeyd edək ki, oğurluq faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 maddəsi ilə cinayət işi açılıb.

Saxlanılan İsmayılov Təbib Həbib oğlunun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

Нет комментариев

Добавить комментарий